Beynəlxalq Rostropoviç festivalı
davam edir
Monte-Karlo Filarmonik Orkestrinin konserti
Mayın 15-də Azərbaycan Dövlət Filarmoniyasında VII Beynəlxalq
Mstislav Rostropoviç
Festivalı çərçivəsində
SSRİ Xalq artisti Yuri
Temirkanovun rəhbərliyi
ilə Monte-Karlo Filarmonik Orkestrinin konserti keçirilib. Konsertin dirijoru
Robert Trevinino, solisti isə violin ifaçısı
Loran Korsia olub. Proqramda dünya şöhrətli
bəstəkarlardan K.M.Veber
və A.Dvorjakın əsərləri səsləndirilib.
Monte-Karlo Filarmonik
Orkestri 1856-cı ildə
yaradılıb. Bu orkestrə
dünyanın tanınmış
dirijorlarından Viktor de Sabata,
Arturo Toskanini, Rixard Ştrauss və başqaları rəhbərlik
ediblər. 1980-ci ildə kollektiv “Filarmonik orkestr” adını alıb.
Orkestr bir çox nüfuzlu festival və konsertlərin iştirakçısıdır.
Heydər Əliyev Fondunun,
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı
ilə keçirilən festival mayın
18-dək davam edəcək.
Mədəniyyət.- 2014.- 16 may.-
S. 2.