Kitablarımız Praqa sərgisində nümayiş olunur

 

Mayın 15-də Çexiyanın paytaxtı Praqada ənənəvi kitab sərgisi işə başlayıb. Bu il 20-ci dəfə təşkil olunan tədbir "Beynəlxalq Kitab Sərgisi Ədəbi Festival" (International Book Fair and Literary Festival) adı altında keçirilir.

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ölkəmizin Çex Respublikasındakı səfirliyinin dəstəyi ilə Azərbaycan da sərgidə təmsil olunur. Tədbirin açılışında Mədəniyyət Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov iştirak edib.

Mədəniyyət Turizm Nazirliyinin nümayəndə heyəti Praqa kitab sərgisinə ilk dəfə 2011-ci ildə qatılıb. Bu tədbirlərdə iştirak zəngin milli mədəniyyətimizin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərinin eyni zamanda əldə olunan uğurların dünyaya çatdırılması üçün mühüm vasitədir.

Həyata keçirilən uğurlu mədəniyyət siyasəti nəticəsində ölkəmizdə kitab nəşri poliqrafiya məhsullarının istehsalı sahəsində bir çox uğurlar əldə edilib, sahənin inkişafına təkan verən lazımi şərait yaradılıb. Ölkə başçısının kitab nəşri, kitabın təbliği, yayılması qorunmasına, dərsliklərin, lüğətlərin, tərcümə elmi ədəbiyyatın işıq üzü görməsi ilə bağlı qərar göstərişləri əhalinin çap məhsulları ilə təmin olunmasında mühüm rol oynayır.

Mədəniyyət Turizm Nazirliyi kitab nəşri işinə xüsusi diqqət göstərir, bu sahənin dünya standartlarına uyğun inkişafı kitab mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması üçün mühüm işlər görür. Azərbaycan kitabı müxtəlif beynəlxalq müsabiqələrdə qalib gəlib, beynəlxalq sərgilərdə yüksək səviyyədə təmsil təbliğ olunub. Hazırda bu istiqamət üzrə fəaliyyət davam etməkdədir.

Praqa sərgisində 12 kvadratmetrlik sahədə milli ekspozisiyamız təşkil olunub. Burada ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş 160 adda 300 nüsxədən çox kitabreklam çap məhsulları nümayiş olunur. Stendimizdə "Bakı-2015" I Avropa Oyunları ilə bağlı reklam vasitələri də yerləşdirilib, maraqlananlara ölkəmizin ev sahibliyini edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılır, mədəniyyət və tariximiz haqqında məlumat verilir, kitablar hədiyyə olunur. Sərgi mayın 18-dək davam edəcək.

 

Mədəniyyət.- 2014.- 16 may.- S. 3.