Parisdə “Cəngi” estrada folklor ansamblının konserti
Mayın
13-də Parisdəki Azərbaycan
Mədəniyyət Mərkəzində
ölkəmizin Fransadakı
səfirliyinin təşkilatçılığı,
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə “Cəngi” estrada
folklor ansamblının
konserti olub.
Konsertdən əvvəl səfir Elçin Əmirbəyov qonaqları salamlayaraq Azərbaycanın zəngin
musiqisi barədə məlumat verib. Musiqimizin tarixindən
söz açan
diplomat XX əsrdə caz-muğam
janrının və etno-caz musiqisinin təşəkkül tapdığını
və bu ənənənin davam etdirildiyini vurğulayıb.
Bu sahədə Rafiq Babayev, Tofiq Quliyev və
Vaqif Mustafazadə kimi məşhur bəstəkar və musiqiçilərin rolunu diqqətə çatdırıb.
Sonra Azərbaycanın
Əməkdar artisti Mircavad Cavadovun rəhbərlik etdiyi “Cəngi” ansamblı tamaşaçılara təqdim
edilib. Ansamblın ifasında Azərbaycan bəstəkarlarından Qara
Qarayevin, Arif Məlikovun, Siyavuş Kəriminin, Qərb bəstəkarlarından Volfqanq
Amadey Motsartın, Frederik Şopenin əsərləri, digər
musiqi parçaları
səslənib.
Fransız ictimaiyyətinin nümayəndələri
və diplomatik korpusun
təmsilçiləri Azərbaycan musiqisini
yüksək dəyərləndirib və konsertdən böyük zövq
aldıqlarını vurğulayıblar.
Mədəniyyət.- 2014.- 16 may.-
S. 5.