Gəncə Dram Teatrı Türkiyədən qastroldan qayıdıb

 

Son illər müxtəlif xarici ölkələrə qastrol səfərləri edən Gəncə Dövlət Dram Teatrının kollektivi bu günlərdə Türkiyənin Girəsun şəhərində olub. Kollektiv burada keçirilən türkdilli xalqların teatr günlərində Xalq yazıçısı ElçininQatil” tamaşasını göstərib. Xalq artisti Vaqif Şərifovun quruluş verdiyi tamaşa rəğbətlə qarşılanıb.

Teatrın direktoru Əli Qasımovun sözlərinə görə, qastroldan qayıdan kollektiv hazırda yazıçı Sahib İbrahimoğlununVicdan” əsəri üzərində məşq edir. Tamaşa gələn ay təhvil veriləcək.

 

Mədəniyyət.- 2014.- 16 may.- S. 6.