Ulu öndərə həsr olunmuş tədbir

 

Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Kəhrizli kənd kitabxana filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib. Kitabxanada ulu öndərin həyat və fəaliyyətini əks etdirən geniş sərgi təşkil edilib.

Kitabxananın müdiri Arifə Məhərrəmova, MKS-nin direktoru İ.Allahverdiyeva, direktor müavini T.Məmmədova, kənd icra nümayəndəsinin müavini Adil Səlimov və digər çıxış edənlər ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən söz açıblar.

Tədbirdə Kəhrizli kənd orta məktəbinin şagirdləri şeirlər söyləyiblər, kənd musiqi məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri səslənib.

 

Mədəniyyət.- 2014.- 16 may.- S. 6.