Yeniyetmə pianoçunun uğuru
Türkiyənin İstanbul
şəhərində IX Pera Piyano Beynəlxalq Festivalı keçirilib.
Festivalda
üç yaş qrupu üzrə: 10 yaşadək, 11-14, 15-18 və
19-24 yaş arası gənc pianoçular yarışıblar. 11-14 yaş qrupunda ölkəmizi
təmsil edən G.Şaroyev adına 35
nömrəli onbirillik musiqi
məktəbinin V sinif şagirdi
Həşim Həşimov festivalın qalibi
olaraq I yerə layiq görülüb. İ.S.Bax,
S.Raxmaninov, Y.Haydn, İ.Baran və T.Quliyevin əsərlərini
məharətlə ifa edən yeniyetmə
pianoçunun müəllimi Kamilla Əmirova da
festivalın diplomu ilə təltif olunub. Festivalda münsiflərin
üzvü, Əskişəhər Anadolu Universiteti Dövlət
Konservatoriyasının müəllimi Fərid Adıgözəlzadə
Həşimə ustad dərsi keçib.
Mədəniyyət.- 2014.- 16 may.-
S. 6.