Məşhur dirijor Niyazinin mənzil-muzeyini ziyarət
edib
Bakıda keçirilən VII Beynəlxalq
Mstislav Rostropoviç
Festivalında məşhur
musiqi xadimləri iştirak edir. Festivalın qonaqları
arasında dünya şöhrətli dirijor,
SSRİ Xalq artisti,
SSRİ dövlət mükafatları
laureatı Yuri Temirkanov
da var.
Mayın 13-də görkəmli musiqiçi
Azərbaycanın Xalq
artisti, dirijor Yalçın Adıgözəlovla
birlikdə maestro Niyazinin
mənzil-muzeyini ziyarət
edib. Qonağa muzeyin
tarixi, böyük bəstəkar, dirijor, ictimai xadim, SSRİ Xalq artisti Niyazinin
yaradıcılığı, maestronun burada qorunub saxlanılan şəxsi əşyaları,
fotoşəkilləri, ekspozisiyalar
haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan
musiqi mədəniyyətinin
inkişafında xüsusi
xidmətləri olan Niyazi 1958-ci ildən ömrünün sonuna -
1984-cü ilədək bu
mənzildə yaşayıb.
1994-cü ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə mənzil-muzeyin açılışı
olub.
Hazırda muzeydə görkəmli dirijora aid 6 mindən çox material - not əlyazmaları,
disklər, afişalar,
çoxlu fotoşəkillər
qorunub saxlanılır. Qonağa məlumat
verilib ki, Niyazinin hobbisi fotoşəkil çəkmək
olub. Sənətkarın arxivində 2600-dək foto nümunəsi var.
Muzeylə tanışlıqdan sonra əməkdaşlarla
xoş təəssüratlarını
bölüşən Yuri Temirkanov
“Qonaqlar kitabı”na ürək sözlərini yazıb.
Qeyd edək
ki, Yuri Xatuyeviç Temirkanov 1938-ci ildə Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının
Nalçik şəhərində
anadan olub. Sankt-Peterburq Dövlət Konservatoriyasında təhsil
alıb. 1966-1972-ci illərdə indiki Sankt-Peterburq (Leninqrad) Kiçik Opera və Balet Teatrında dirijor işləyib.
Daha sonra Sankt-Peterburq Akademik Filarmoniyasının Simfonik
Orkestrinə rəhbərlik
edib, şəhərdəki
Akademik Opera və Balet Teatrında (indiki Mariinski teatrı) baş dirijor və bədii rəhbər, Böyük Teatrda dəvətli baş dirijor kimi çalışıb.
Həmçinin London Kral
Filarmonik Orkestrində,
Drezden Filarmonik Orkestri və Danimarka Milli Simfonik Orkestrində dəvətli baş dirijor işləyib.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 16 may.-
S. 6.