Tələbələrimiz “Mədəniyyətlərin dialoquforumunda

 

Azərbaycan mayın 14-də Penza Dövlət Universitetinin Pedaqoji İnstitutunda keçirilən tələbələrin III beynəlxalq “Mədəniyyətlərin dialoquforumunda təmsil olunub. Tələbələr forumun müxtəlif tədbirlərində Rusiyanın Penza vilayətində yaşayan 10 etnik qrupun, habelə 19 ölkənin - Azərbaycan, Türkiyə, Suriya, İraq, İordaniya, Çin, Vyetnam, Laos, Qazaxıstan, Monqolustan, Türkmənistan, Tacikistan, Sudan, Mali, Anqola, Mozambik, Kuba, Nikaraqua və Hindistanın ədəbiyyatı, musiqisi, görməli yerləri, adət-ənənələri, mahnıları, oyunları, rəqsləri, mətbəxi ilə tanış olublar. Forumda ölkəmizi bu ali məktəbdə təhsil alan azərbaycanlı tələbələr təmsil edib.

Tədbir çərçivəsində millətlərarası əlaqələr problemlərinə həsr olunmuş dəyirmi masa, “Müxtəliflikdə vəhdət: mənim uğurlu gələcəyim” mövzusunda art-treninq və “Gənclərin seçimi: terrorsuz internetmövzusunda gənclərin II beynəlxalq hüquq forumu keçirilib. Sonda xalqların dostluq xiyabanı salınıb. “Penzakonsert” kompleksində etnik qrupların konserti olub.

 

Mədəniyyət.- 2014.- 16 may.- S. 7.