Azərbaycan qədər əbədi

 

Deyirlər ki, həyatda əvəzolunmaz insan yoxdur. Mənə elə gəlir ki, bu sözlər o qədər də düzgün deyil. Həyatda əvəzolunmaz insanlar olur. Onlar öz işləri, əməlləri ilə tariximizdə elə silinməz izlər qoyurlar ki, illər, bəlkə də əsrlər keçsə belə, bu iz öz daimiliyini, əbədiliyini qoruyub saxlayır. Dahi öndərimiz Heydər Əliyev belə tarixi şəxsiyyətlərdəndir.

Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi illərdə mədəniyyət sahəsinə də xüsusi diqqət göstərmişdir. Dövlət rəhbəri kimi o, daim mədəniyyət xadimlərinə himayədarlıq etmişdir. Görkəmli sənətkarlarımızın yubileylərinin keçirilməsi, yaradıcı şəxslərin dövlət təltiflərinə, fəxri adlara layiq görülməsi, mədəniyyət işçilərinin sosial təminatının yaxşılaşdırılması ulu öndərin mədəniyyətimizə qayğısının nümunəsidir.

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir” - bizim hamımız üçün böyük şüara çevrilmiş bu müdrik sözlərlə ümummilli liderimiz kitabxanaların həyatımızdakı mühüm rolunu bir daha diqqətə çatdırmışdır.

Tarix böyük şəxsiyyətləri müəyyən edir. Heydər Əliyev də müdrik rəhbər, əvəzsiz bir şəxsiyyət kimi Azərbaycan tarixində əbədiyyət qazanmışdır.

 

Məryəm Əliyeva,

 

Kürdəmir rayon MKS-nin baş biblioqrafı

 

Mədəniyyət.- 2014.- 16 may.- S. 11.