Ulu öndərə həsr olunmuş sərgi

 

Lənkərandakı Heydər Əliyev Mərkəzinin qarşısında Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 91-ci ildönümü ilə bağlı şəhər Uşaq Rəssamlıq Məktəbi və Dövlət Rəsm Qalereyası tərəfindən sərgi təşkil olunub. Sərgidə ulu öndərə, Azərbaycana həsr olunmuş rəsmlər, uşaq və yeniyetmələrin əl işləri nümayiş olunub. Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə keçirilən tədbirdə səslənən musiqilər iştirakçılara xoş əhval bəxş edib.

 

Mədəniyyət.- 2014.- 16 may.- S. 11.