Aşıq sənətimiz Tehranda keçirilən konfransda təmsil olunub

 

Tehranda “İran aşıqları və ədəbiyyatı” mövzusunda konfrans keçirilib. Azərbaycan Aşıqlar Birliyindən bildiriblər ki, tədbirdə qurumun katibi Musa Nəbioğlu, aşıqlardan Əməkdar mədəniyyət işçisi Sərdar Məmmədov, Əşrəf Təmirov, Nəbi Nağıyev və Elbrus Hüseynov iştirak ediblər. Konfransda Musa Nəbioğlunun məruzəsi və aşıqlarımızın ifaları rəğbətlə qarşılanıb. Tədbir çərçivəsində ustad aşıq Səlcuq Şəhbazinin “İran aşıqları və ədəbiyyatı” kitabının təqdimatı olub.

Azərbaycan nümayəndə heyətinin üzvlərinə konfransda uğurlu çıxışlarına görə təşəkkürnamə verilib.

 

Mədəniyyət.- 2014.- 21 may.- S. 2.