“Göyərçinim”
rəsm müsabiqəsi
Sumqayıt şəhərinin
65 illik yubileyinə həsr olunub
Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Sumqayıt şəhərinin 65 illik yubileyinə həsr olunmuş "Göyərçinim" adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Sumqayıtın inkişafı və müasir şəhərə çevrilməsinə gənclərimizin baxış prizmasından yanaşmaq, istedadlı, yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdır. Müsabiqədə Ə.Bakıxanov, Bülbül, S.Rüstəmov adına uşaq incəsənət məktəblərinin şagirdləri (8-18 yaş arası) iştirak ediblər.
Müsabiqədə birinci yeri Nigar Mehdiyeva, ikinci yeri Nihad Səmədov, üçüncü yeri Sahil Hüseynli tutub. Qaliblər şəhər Mədəniyyət və Turizm İdarəsi və Dövlət Rəsm Qalereyası tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Müsabiqənin musiqi tərtibatında
S.Rüstəmov adına 3 saylı uşaq
incəsənət məktəbinin müəllim və
şagirdləri fortepiano və skripkada məşhur bəstəkarların əsərlərini
səsləndiriblər.
Mədəniyyət.- 2014.- 21 may.-
S. 4.