Aktyorkamera

 

Tanınmış aktyor gənclərə məsləhət verir

 

Bakı Film İnstitutunun (BFİ) “Aktyorkamera” layihəsi çərçivəsində Azərbaycanın məşhur aktyorlarının ustad dərsləri təşkil olunur. BFİ-nin rəhbəri Fehruz Şamıyevin sözlərinə görə, layihənin məqsədi aktyor sənəti ilə maraqlanan gəncləri bir araya toplamaq, onlara bu sənətin incəliklərini peşəkarların dilindən çatdırmaqdır: “Dərslərdə müasir aktyor texnikası, kamera önündə aktyorun işi, aktyor və tamaşaçı münasibətləri diqqətdə saxlanılır. Düşünürəm ki, bu, sənətlə maraqlanan, aktyor olmaq üçün ilk addımlarını atan gənclər üçün lazımlı dərslərdir”.

Qeyd edək ki, indiyədək “Aktyorkamera” layihəsi çərçivəsində Rasim Cəfər və Qurban Məsimovun ustad dərsləri olub. Bu günlərdə isə Əməkdar artist Şövqi Hüseynovun ustad dərsi keçirilib.

 

Mədəniyyət.- 2014.- 21 may.- S. 4.