"Xor musiqisi bayramı"

 

Mayın 17-də Cövdət Hacıyev adına 3 nömrəli uşaq musiqi məktəbində "Xor musiqisi bayramı" adlı tədbir keçirilib. Tədbirdə məktəbin "Cırtdan" və "Renessans" xorları ilə yanaşı, yeni təşkil edilmiş “Müəllimlər xoruda iştirak edib. İlk dəfə olaraq xor ixtisasında təhsil alan şagirdlər dirijorluq ediblər.

Konsertdə gözdən əlil uşaqlar üçün 38 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri xorsolo nömrələrlə çıxış ediblər.

 

Mədəniyyət.- 2014.- 21 may.- S, 4.