“Bir səbət tənhalıq”
Dənizli festivalında
Gənc Tamaşaçılar Teatrının
yaradıcı kollektivi
Türkiyənin Dənizli
şəhərində keçirilən
beynəlxalq festivalda iştirak edib. Bu il 30-cu dəfə gerçəkləşən festivalda
ötən müddətdə
600 səhnə əsəri
nümayiş olunub.
Yubiley festivalında
Gənc Tamaşaçılar
Teatrı dramaturq-aktyor
Məcid Vahidzadənin
eyniadlı əsəri
əsasında hazırlanmış
“Bir səbət tənhalıq” tamaşası
ilə təmsil olunub. Fiziki qüsurlu gənc
qız və bəxtsiz cavandan bəhs edən tamaşanın quruluşçu
rejissoru Əməkdar
artist Nofəl Vəliyev,
səhnə tərtibatçısı
Zəminə Orucova, musiqi tərtibatçısı
İradə Muradovadır.
Səhnə əsəri festivalın
mükafatına layiq görülüb.
Budəfəki festivalda 18 teatr
kollektivi ümumilikdə 29 tamaşa ilə çıxış edib.
Mədəniyyət.- 2014. -21 may.-
S. 5.