Lənkəran teatrında “Ruhlar

 

Mayın 17-də Lənkəran Dövlət Dram Teatrında E.de FilipponunRuhlar” əsəri əsasında hazırlanan yeni tamaşaya ictimai baxış keçirilib. İctimai baxışda Mədəniyyət və Turizm Nazirliyi Teatr sektorunun müdiri Nahidə İsmayılzadə, baş məsləhətçi Vəfa Novruzova, Bakı teatrlarının nümayəndələri də iştirak ediblər.

Mehman Musabəylinin tərcüməsi əsasında hazırlanan tamaşaya Lənkəran Dram Teatrının baş rejissoru Tural Mustafayev quruluş verib. Quruluşçu rəssam Mustafa Mustafayev, bəstəkar Telman Qəniyevdir.

İtalyan dramaturqunun klassik pyesinə tamamilə fərqli aspektdən yanaşmağı bacaran rejissor maraqlı bir tamaşa ərsəyə gətirə bilib. Səhnə əsəri insanın həyatda yerini tapmaq uğrunda mübarizəsini əks etdirir.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, teatr mütəxəssisləri tamaşanı yüksək qiymətləndiriblər. Premyera mayın 22-də keçiriləcək.

 

Mədəniyyət.- 2014.- 21 may.- S. 5.