Mədəniyyət
və turizm müəssisələrinin rəhbərləri
ilə işçi müşavirələr
Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektoru tərəfindən Siyəzən və Ucar rayonlarında mədəniyyət və turizm müəssisələrinin rəhbərləri ilə işçi müşavirələr keçirilib. Müşavirələr zamanı bu rayonlarda dövlət mədəniyyət və turizm siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər geniş müzakirə edilib, mədəniyyət ocaqlarının fəaliyyəti təhlil olunub, ətraflı fikir mübadiləsi aparılıb.
Çıxış edənlər təmsil etdikləri müəssisələrin mövcud çətinlikləri barədə məlumat verib, problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürüblər.
Müşavirələrdə
"Mədəniyyət haqqında" Azərbaycan
Respublikası Qanununun, ölkə Prezidentinin 14 fevral
2014-cü il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Mədəniyyət
Konsepsiyası"nın mədəniyyət işçiləri
tərəfindən dərindən öyrənilməsi zərurəti
xüsusi vurğulanıb, mədəniyyət
və turizm sahəsində qəbul edilmiş dövlət proqramlarının icra vəziyyəti müzakirə edilib.
Mədəniyyət.- 2014.- 21 may.-
S. 6.