Görkəmli bəstəkarın
xatirə gecəsi
Mayın 17-də Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində görkəmli bəstəkar, Xalq artisti, professor Süleyman Ələsgərovun 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Gecədə çıxış edən Şuşa Musiqi Kollecinin müəllimi Səburə Mirzəyeva bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Sonra Əməkdar artist Anar Şuşalı (vokal), Amanulla İbadullayev (balaban), Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Aygül Həsənova (qanun), respublika müsabiqələri laureatları Seymur Mürsəlov (tar), Toğrul Əlili (violin), Bakı Musiqi Akademiyasının tələbələri Gülnar Qurbanova, Ləman Rəhmanlı və Pərvin Nazirli (fortepiano) bəstəkarın əsərlərini ifa ediblər. İnstrumental və vokal ifaçılarını va royalda məktəbin məzunu, Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Nərmin Rzayeva müşayiət edib.
Sonda Şuşa Şəhər Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Zahid Abbasov, məktəbin direktoru
Əməkdar müəllim Yusif Vəliyev,
Şuşa Dövlət Musiqili
Dram Teatrının direktoru
Yadigar Muradov bəstəkar
haqqında öz xatirələrini
söyləyiblər.
Mədəniyyət.- 2014.- 21 may.-
S. 6.