İnnovasiyalı
tədris metodlarına həsr olunmuş
konfrans-təqdimat
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) məktəb-studiya bazası əsasında işlənilmiş gənc musiqiçilərin innovasiyalı tədris metodlarına həsr olunmuş konfrans-təqdimat keçirilib. Akademiyanın prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə konfransda çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuş, böyüməkdə olan nəslin tərbiyəsi və musiqi-ifaçılıq hazırlığı məsələlərinin geniş aktual spektrlərini işıqlandıran “Tərlan Seyidov: məqalələr, resenziyalar, müsahibələr, materiallar” adlı monoqrafiyanın əhəmiyyətindən söz açıb.
Konfransda yeni nəşrlərlə
yanaşı, Fərhad Bədəlbəyli və Tərlan Seyidovun “Üzeyir Hacıbəylinin
elmi sistemi əsasında
milli lad təfəkkürünün
inkişafı” proqramı, İmina
Əliyevanın “Azərbaycan musiqisi əsasında
lad-intonasiya eşitmə
hazırlığı üzrə praktik
vəsait”, “Azərbaycan ladlarının öyrənilməsinə
dair müntəxəbat” (tərtibçilər
- Tərlan Seyidov, Aytən İbrahimova,
Emil Xindristanski) və
Əməkdar müəllim Lalə Dadaşovanın “Solfecio” dərs vəsaiti də təqdim olunub.
Mədəniyyət.- 2014. -21 may.-
S. 7.