“İncəsənətimizin saxlanc yerləri”

 

Mayın 16-da Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “İncəsənətimizin saxlanc yerləri” adlı tədbir keçirilib. MKS-nin 11 saylı filialı, M.Ə.Sabir adına Mədəniyyət evi, Məmməd Səid Ordubadinin xatirə muzeyi, Dövlət Din Tarixi Muzeyinin birgə təşkil etdiyi tədbir Beynəlxalq Muzeylər Gününə həsr olunub.

Tədbirdə Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva, muzeyin elmi işçisi Gülçöhrə Rəhimova, Sabir adına Mədəniyyət evinin müdiri Səyyarə Əliyeva M.S.Ordubadinin xatirə muzeyinin elmi işçisi İradə Vəliyeva çıxış edərək muzeylərimizin keçdiyi inkişaf yolundan danışıblar. Muzeylərin ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynadığı vurğulanıb. Sonda Sabunçu rayon 96 saylı orta məktəbin şagirdlərinin çıxışları dinlənilib.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 21 may.- S. 13.