"Uşaqların hüquqlarını qoruyaq"

 

Mayın 16-da Yasamal rayon MKS-nin Mərkəzi kitabxanasında "Uşaqların hüquqlarını qoruyaq" adlı dəyirmi masa keçirilib. Tədbirdə Qaradağ rayon Polis İdarəsinin Əməliyyat-İstintaq İdarəsinin baş inspektoru, polis mayoru Aidə Şirinova, Milli Məclis Aparatının əməkdaşı Mahir Rzayev, Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi idarə heyətinin üzvü Xəlil Vəliyev, şairə-publisist Nəcibə İlkin, Müəllimlər İnstitutunun Qazax filialının baş müəllimi İlhamə Qəssabova, Mədəniyyət və İncəsənət Universitetinin, 167 saylı orta məktəbin tələbə və şagirdləri iştirak ediblər.

Çıxışlarda insan alverinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və uşaqların bu cinayət əməllərinin qurbanlarına çevrilməsinin qarşısının alınması, bu istiqamətdə zəruri maarifləndirmə işlərindən, müvafiq qanunvericilik sənədlərindən söz açılıb. Məruzəçilər mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıblar.

 

Mədəniyyət.- 2014.- 21 may.- S. 15.