Qazaxda kitab
bayramı
Mayın 16-da Qazax rayon Mədəniyyət mərkəzinin qarşısında Mərkəzi kitabxananın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş kitab bayramı keçirilib.
Tədbiri MKS-nin direktoru Solmaz Babanlı açaraq ulu öndərin tarixi xidmətlərindən, onun rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb. Qeyd olunub ki, ümummilli liderin uzaqgörənliklə müəyyənləşdirdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə həyatının bütün sahələri kimi, mədəniyyət sahəsi də inkişaf edir, o cümlədən kitabxanalara dövlət tərəfindən diqqət və qayğı göstərilir, dövrün tələbinə uyğun kitab və elektron informasiya texnologiyaları ilə zənginləşdirilir.
Rayon İcra Hakimiyyətinin məsul işçisi və kitabxananın fəal oxucusu Fariz Vəliyev, şair Barat Vüsal kitabın təbliğinə, oxucu-kitabxanaçı ünsiyyətinə müsbət təsiri olan belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə gənc şairə Gülsənəm Cəlillinin “Azərbaycan örpəyim” adlı kitabının təqdimatı olub. Şair Kazım Kazımlı yeni şeirlərini söyləyib.
Şəhər 1 saylı orta
məktəbin, humanitar və təbiət
təmayüllü liseyin şagirdləri
ulu öndərə həsr olunmuş, vətən, kitab
haqqında şeirlər oxuyublar. Mədəniyyət
mərkəzinin rəqs qrupunun üzvlərinin,
şəhər 2 saylı musiqi məktəbinin
saz müəllimi Elvin
Səfərovun çıxışı, eləcə də
gənc rəssamların əl işləri maraqla
qarşılanıb.
Mədəniyyət.- 2014.- 21 may.-
S. 15.