İsfar Sarabski Paris caz festivalında
Tanınmış cazmen, Azərbaycanın
Əməkdar artisti İsfar Sarabskinin triosu ötən ilin dekabrında “Duc des Lombards” klubunda uğurlu konsert proqramından altı ay sonra, mayın 16-da bu məşhur “Saint-Germain-des-Pres”
festivalında Paris auditoriyası
qarşısına çıxıb.
14-cü dəfə təşkil
olunan festival Paris caz təqviminin əsas anlarından biridir. Avropa Azərbaycan
Cəmiyyətinin dəstəyi
ilə gerçəkləşən
konsertdə İ.Sarabskinin
bəstələdiyi caz
kompozisiyaları, digər
nümunələr ifa
olunub.
Makar Novikov
(bas) və Aleksandr Meşin (nağara) ilə standart trioda çıxış
edən İsfar Sarabskinin repertuarı əsasən Azərbaycanın
ənənəvi musiqisi
olan muğamla post-bop caz üslubunun sintezindən ibarətdir.
İ.Sarabskinin “Deja vu”su
ilə başlayan konsert
daha sonra cazmenin növbəti solosu
- Pyotr Çaykovskinin
“Qu quşu gölü” baletindən gənc qu quşlarının rəqsinə
keçidlə davam edib.
İ.Sarabskinin ifası auditoriyanı zəngin
improvizasiyası ilə heyrətləndirən və orqanla müşayiət edilən BFG (Beks Ferris Goubert)
məşhur fransız triosunun
çıxışı ilə davam edib.
Mədəniyyət.- 2014.- 21 may.-
S. 16.