“Naxçıvan - bəşəriyyətin beşiyi

 

Beynəlxalq rəsm festivalı

 

Mayın 22-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” II beynəlxalq rəsm festivalının açılış mərasimi olub.

Muxtar respublika Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva mərasimdə çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin mədəniyyət sahəsinin əsl intibah dövrü olduğunu, ulu öndərin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə məqsədyönlü tədbirlər görülüb, tarixi-mədəniyyət abidələri bərpa olunub, mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilib.

Son illər muxtar respublikada Bəhruz Kəngərli Muzeyi yaradılıb, Rəssamlar Birliyi üçün yeni bina tikilib. Naxçıvan Dövlət Universitetində təsviri incəsənət və rəsmxət, Naxçıvan Müəllimlər İnstitutunda isə təsviri incəsənət müəllimliyi ixtisasları açılıb.

Muxtar respublikanın mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxışında qeyd edib ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən beynəlxalq rəsm festivalı qədim diyarın zəngin tarixibu günü ilə səsləşən gözəl mədəniyyət və sənət bayramıdır. Son illər Naxçıvan rəssamlarının əsərləri ABŞ, Almaniya, Türkiyə, Bolqarıstan, İran, Niderlandbaşqa ölkələrdə nümayiş etdirilib.

Mərasimdə muxtar respublikanın musiqi kollektivləri çıxış edib. Festival iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Sonra festivalın yaradıcılıq hissəsi başlayıb. Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya, Gürcüstan, İtaliyaİrandan 33 rəssam iştirak edir.

Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin, Naxçıvan Müəllimlər İnstitutunun təsviri incəsənət müəllimliyi ixtisasının müəllim və tələbələri, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin üzvləri, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinin şagirdləri tanınmış rəssamların proseslərini izləyiblər.

Mayın 23-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda festivalda iştirak edən rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq.

 

Mədəniyyət.- 2014.- 23 may.- S. 2.