Bülbülün memorial muzeyinin saytı istifadəyə verilib

 

Mayın 21-də Bülbülün memorial muzeyinin internet saytının təqdimat mərasimi keçirildi. Mərasimdə tanınmış elm incəsənət xadimləri, muzey direktorları iştirak edirdilər.

İştirakçıları salamlayan muzeyin direktoru Lalə Həsənova Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor, ictimai xadim Bülbülün həyat yaradıcılığı haqqında məlumat verdi. İnformasiya texnologiyalarının həyatımızda önəmli rolundan söz açan L.Həsənova ötən ilin Azərbaycandaİnformasiya texnologiyaları iliolduğunu xatırlatdı. Qeyd olundu ki, mədəniyyət turizm naziri Əbülfəs Qarayevin muzeylərin rəsmi saytının yaradılması ilə bağlı göstərişindən sonra Bülbülün memorial muzeyinin saytı hazırlanmışdır.

Bulbulmuseum.az saytıMuzey”, “Bülbül haqqında”, “Ekspozisiya”, “Bülbülün arxivi”, “Foto”, “Vokal sənəti haqqında “Video qalereyabölmələrdən ibarətdir. Saytda Bülbülün həyat yaradıcılığı haqqında geniş məlumat yerləşdirlmiş, muzeyin ekspozisiyasında nümayiş etdirilən fondda saxlanan muzey əşyalarının, o cümlədən Bülbülün arxivinin elektron forması hazırlanmışdır. Musiqisevərlər Bülbülün ifasında ariyaları, təsnifləri, xalq mahnı romanslarını dinləyə bilərlər.

Saytla tanışlıqdan sonra Mədəniyyət Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova fikirlərini bölüşdü, nazir Əbülfəs Qarayevin muzeylərin rəsmi saytlarının yaradılması haqqında göstərişinin ilk olaraq Bülbülün memorial muzeyi tərəfindən yerinə yetirildiyini, saytın maraqlı hazırlandığını qeyd etdi.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, ADMİU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Yeganə Eyvazova çıxış etdilər. Bülbül məktəbinin davamçısı, AzTV musiqi kollektivlərinin bədii rəhbəri, vokalçı Ramil Qasımov bu günün onun üçün çox dəyərli olduğunu vurğuladı. Bülbül məktəbinin sönməz, əbədi olduğunu bu məktəbin davamçısı olması ilə fəxr etdiyini deyən vokalçı Bülbülün repertuarından nümunələr ifa etdi.

 

Fərqanə Cabbarova,

 

Bülbülün memorial muzeyinin fond müdiri

 

Mədəniyyət.- 2014.- 23 may.- S. 4.