İnformasiya texnologiyaları günün
tələbidir
Lənkəran
şəhərində zona seminarı
Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsi Regionlarla iş sektoru ilə birgə mayın 21-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət və turizm şöbələrinin işinin təşkilində informasiya texnologiyalarının tətbiqi ilə bağlı seminar təşkil edib.
Tədbirdə Lənkəran, Şirvan, Astara, Biləsuvar, Cəlilabad, Hacıqabul, Lerik, Masallı, Neftçala, Salyan, Yardımlı rayon mədəniyyət və turizm şöbələrinin müdirləri və informasiya üzrə məsul şəxsləri iştirak ediblər.
Zona seminarının keçirilməsində əsas məqsəd "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanının icrasının təmin edilməsi, yerlərdə elektron resurslardan istifadə qaydalarının təkmilləşdirilməsi və sənədləşmədə elektron vasitələrdən daha geniş istifadənin təmin edilməsidir. Seminarda nazirliyin Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov tərəfindən veb saytlarla iş prinsipləri izah olunub, elektron vasitələrlə işləmə qaydaları ilə bağlı müvafiq təlimatlar verilib, suallar cavablandırılıb.
Tədbir çərçivəsində
Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin elektron
kargüzarlıq sahəsində qabaqcıl iş
təcrübəsinin regionlarda tətbiqi
ilə bağlı elektron sənədlərlə
işləmə qaydasının təqdimatı keçirilib.
Mədəniyyət.- 2014.- 23 may.-
S. 4.