67-ci beynəlxalq Kann kinofestivalında

 

Sonuncufilminin prodüserləri jurnalistlərlə görüşüblər

 

Xəbər verdiyimiz kimi, 67-ci Kann kinofestivalının qısametrajlı filmlər üzrə müsabiqə proqramında “Azərbaycanfilm" kinostudiyası ilə "Buta films" şirkətinin birgə istehsalı olan "Sonuncu" bədii filmiyer alıb. Festivalda iştirak edən filmin yaradıcı heyəti mayın 20-də mətbuat nümayəndələri ilə görüşüb.

Gənc prodüserlər Nəsib PiriyevMariya İvanova bildiriblər ki, “Sonuncu” qısametrajlı bədii filmi festivalın təşkilat komitəsi tərəfindən digər 8 ekran əsəri ilə birlikdə seçilərək əsas proqrama salınıb. Ümumiyyətlə, bu il müsabiqəyə dünyanın 128 ölkəsindən 3450 kinofilm təqdim olunub.

N.Piriyev Azərbaycan dövlətinin kino sənayesinə mühüm dəstək verdiyini və ölkəmizin böyük kino potensialının olduğunu vurğulayıb. O, filmin yaradılmasında fəal iştirakına görə Mədəniyyət və Turizm Nazirliyinə və “Azərbaycanfilm” kinostudiyasına minnətdarlığını bildirib.

Qeyd olunub ki, fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən 15 dəqiqəlik filmin rejissoru Sergey Pikalov, quruluşçu operatoru Denis Madışevdir. Ekran əsəri İkinci Dünya müharibəsinin sağ qalmış sonuncu veteranından bəhs edir. Veteran rolunu aktyor İdris Rüstəmov, gənc qonşu rolunu isə Corc Qafarov oynayıb.

Bu film prodüserlər Mariya İvanovanın və Nəsib Piriyevin bədii kino sənətində debütləridir. Buna qədər onlar sənədli film layihələri üzərində çalışıblar.

 

Mədəniyyət.- 2014.- 23 may.- S. 5.