Uşaq musiqi məktəbinin bayram konserti

 

Mayın 21-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Şövkət Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbinin Respublika Gününə həsr edilmiş konserti keçirildi. Konsertdən öncə məktəbin direktoru Sevda Məmmədova çıxış edərək bu tarixi günün əhəmiyyətindən, ölkəmizin müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən söz açdı. Sonra konsert proqramı təqdim edildi.

Proqram məktəbin müəllimi Vüqar Cəlilovun rəhbərlik etdiyi şagirdlərdən ibarət xalq çalğı alətləri orkestrinin ifasında Hacı XanməmmədovunHeyratıritmik muğamı ilə başlandı. Sonra şagirdlərin ifasında Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov dünya klassiklərinin əsərləri səsləndi.

Konsertin sonunda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva çıxış edərək müəllimləri şagirdləri gözəl çıxışlarına görə təbrik etdi. Konsertdə Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin nümayəndələri uşaq musiqi məktəblərinin direktorları iştirak edirdilər.

 

Lalə

 

Mədəniyyət.- 2014.- 23 may.- S. 5.