“Azərbaycan ədəbiyyatından
mühazirə mətnləri”
Əcnəbi tələbələr
üçün dərs vəsaiti
Mədəniyyət və İncəsənət
Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor
Gülşən Əliyevanın əcnəbi tələbələr
üçün “Azərbaycan ədəbiyyatından
mühazirə mətnləri” adlı dərs vəsaiti
işıq üzü görüb. “Təhsil” nəşriyyatında
nəfis tərtibatla çap olunan kitabın redaktoru akademik
İsa Həbibbəyli, rəyçiləri AMEA-nın
müxbir üzvləri Əliyar Səfərli, Teymur Kərimli,
filologiya üzrə elmlər doktorları Himalay Qasımov və
Aydın Abıyevdir. Azərbaycan ali təhsil
ocaqlarının hazırlıq bölməsi və bakalavr
pilləsində təhsil alan əcnəbi tələbələr
üçün nəzərdə tutulan kitabda ədəbiyyatımızın
qədim dövrdən bu günədək keçdiyi ədəbi-tarixi
mərhələlər əksini tapıb.
Mədəniyyət.- 2014.- 23 may.-
S. 6.