Milli Dram Teatrının bölgələrə
qastrolu davam edir
Akademik Milli
Dram Teatrının kollektivi
Quba və Xaçmazda sənətsevərlərlə
görüşəndən sonra qastrol turunu
qərb bölgəsində
davam etdirir.
Mayın 21-də başlanan səfər Yevlax, Mingəçevir, Tovuz, Gəncə və Şəmkir şəhərlərini əhatə
edir. Qastrol repertuarına
C.Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanmış
“Anamın kitabı” dramı və A.Şaiqin əsəri əsasında səhnələşdirilən
“Danışan gəlincik”
uşaq tamaşası
daxildir.
“Anamın kitabı” tamaşasına H.Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının
baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş
verib. Quruluşçu rəssamı Ülviyyə
Zərbəliyeva, musiqi
tərtibatçısı Həmid Kazımzadədir.
Rolları əməkdar
artistlər Ayşad Məmmədov, Kazım Həsənquliyev, Aslan Şirin, Şəlalə
Şahvələdqızı, Mirzə Ağabəyli, Firuz Xudaverdiyev, İradə Həsənova,
aktyorlar Anar Heybətov, Hikmət Rəhimov, Ramin Şıxəliyev, Şəhla
Əliqızı, Dilarə
Nəzərova və başqaları oynayırlar.
“Danışan gəlincik”
tamaşasının quruluşçu
rejissoru Loğman Kərimov, quruluşçu
rəssamı İlham
Elxanoğlu, musiqi tərtibatçısı, rəqslərin
quruluşçusu Nigar
Güləhmədova, rejissor
assistenti Dilbər İsmayılovadır. Tamaşada Əməkdar
artist Şəlalə Şahvələdqızı,
aktyorlar Rəşad Bəxtiyarov, Elnar Qarayev, Günel İmanova və Xədicə Novruzlu çıxış edirlər.
H.Nizamiqızı
Mədəniyyət.- 2014.- 23 may.-
S. 7.