İntizarnikbinlikmübarizlik aşılayır

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə öz yaradıcılığı ilə musiqi mədəniyyətimizə mühüm töhfələr verir. Qara Qarayev məktəbinin layiqli davamçısı olan bəstəkarın yaradıcılığı çoxşaxəlidir.

Əsərləri dünyanın bir çox şəhərlərində, məşhur orkestrlərin ifasında, dünya şöhrətli ifaçıların və dirijorların təfsirində hər zaman uğurla ifa olunur, səsləndirilir. Və daim böyük müvəffəqiyyətlə, tamaşaçı sevgisiylə qarşılanır. Müəllifin “Boş beşikbaleti, “ atlı haqqında əfsanə” operası, “Ölümsüzlüyə səyahət” oratoriyası (N.Hikmətin sözlərinə), zərb alətləri və kamera orkestri üçünSilk Roadkonserti, müxtəlif heyətlər üçünMiraj”, “Oazis”, “Abşeron”, “Muğamsayağı”, violonçelfortepiano üçün “Habilsayağı” və başqa əsərlərini qeyd etmək olar.

Bu günlərdə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında nümayiş olunanİntizar” operası bəstəkarın yaradıcılığında xüsusi yer tutur. Əsərin libretto müəllifi professor Nərgiz Paşayevadır. Tamaşanın Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib, səhnə tərtibatçısı Xalq rəssamı Tahir Tahirovdur. Tamaşada teatrın solistləri - Xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Əkrəm Poladov, Fəridə Məmmədova, Səbinə Vahabzadə, gənc ifaçılar - Afaq Abbasova, Fərid Əliyev, İlham Nəzərov, Fəhmin Əhmədli, Tural Ağasıyev, Əli Hacızadə və başqaları iştirak edirdilər. Eləcə də Xalq artisti Gülbacı İmanovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Xor Kapellası və baletmeyster, Xalq artisti Tamilla Şirəliyevanın rəhbərliyi ilə balet truppası iştirak edirdilər. Operanın dirijorluğu beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevə həvalə olunmuşdu.

İki pərdə və yeddi şəkildən ibarət operada Qarabağda baş verən hadisələrdən, tarixi faciələrimizdən bəhs edilir. Bəstəkar bütün bunları solo, ansambl nömrələri, möhtəşəm xorlar vasitəsilə böyük ustalıqla, peşəkarlıqla əks etdirib. Eyni zamanda müəllifin gələcəyə olan nikbin hissləri də operada öz təcəssümünü tapıb. Belə ki, sonda qələbəyə böyük inam bəsləyən bəstəkar operanı mübarizlik əhval-ruhiyyəsini aşılayan musiqi ilə, möhtəşəm sonluqla tamamlayır.

Operanın musiqi məzmunu çox zəngin, orkestr səslənməsi dolğun və parlaqdır. Diqqət çəkən məqamlardan biri də əsərdə “Qarabağ şikəstəsi”, “Humayun” muğamlarının səslənməsi, eləcə də orkestrə xalq çalğı alətlərinin daxil olması idi. Bu da əsərin süjeti ilə tam səsləşir.

Firəngiz Əlizadənin artıq bir neçə dəfə yeni səhnə quruluşunda tamaşaya qoyulmuşİntizar” operası bu dəfə də çox böyük müvəffəqiyyətlə ifa olundu. Operanın sonda səslənən möhtəşəm xor səhnəsini tamaşaçıların sürəkli alqışları əvəz etdi.

 

Fərdin İlhamoğlu,

 

BMA-nın tələbəsi, Üzeyir Hacıbəyli təqaüdçüsü

 

Mədəniyyət.- 2014.- 23 may.- S. 7.