Gənc
ifaçıların konserti
Kamera və orqan musiqisi zalında paytaxtın Səbail rayonundakı Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi şagirdlərinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konserti keçirilib.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, rayon pedaqoji ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Məktəbin müxtəlif siniflərində oxuyan, bir sıra müsabiqələrin iştirakçısı olan şagirdlərin ifalarını Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.
Fortepianoda Elvin Əliyev, Fidan Nəbiyeva, Faida Həsənli, Reyhan Abdulcəlilova, Xədicə Qasımzadə, Aydan Əliyeva, Leyla Tomayeva, Səbinə Abbasbəyli, Tamilla Əhmədova, Məlik Cəfərov, Dilarə Ulu, skripkada Firuzə Əliyeva, Elvina Qurbanova, Nigar Şibliyeva, kamançada Zabitə Nəsirli, tarda Rauf Nəcəfov və Əli Məlikovun, məktəbin skripkaçılar ansamblının çıxışları alqışlarla qarşılanıb.
Sonda məktəbin məzunu Sadıq Məlikovun ifasında mahnılar səslənib.
R.Behbudov adına 2 nömrəli musiqi məktəbinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva konserti izləyənlərə minnətdarlığını bildirib.
Qeyd edək ki,
1940-cı ildən fəaliyyət göstərən məktəbdə
hazırda 385 nəfər şagird təhsil
alır. 75 nəfər pedaqoq şagirdlərə
sənətin sirlərini öyrədirlər. Xalq artisti
Şəfiqə Eyvazova, əməkdar
artistlər Eyyub Yaqubov,
Elnur Həmidov, Zaur
Əmiraslanov və Fərqanə Qasımova, “Eurovision”
müsabiqəsinin qalibi Eldar
Qasımov, bu müsabiqənin
iştirakçıları Aysel Teymurzadə,
Fərid Məmmədov, Səfurə Əlizadə və bir çox
tanınmış musiqiçilər bu məktəbin
məzunlarıdır.
Mədəniyyət.- 2014.- 23 may.-
S. 8.