Frankfurt sərgisində ölkəmizin stendi böyük maraq doğurub

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Konqreslər Bürosu onun tərəfdaşları mayın 20-dən 22-dək Almaniyanın Frankfurt şəhərində keçirilən IMEX beynəlxalq biznes turizmi sərgisində ilk dəfə iştirak edib.

Açılış mərasimində çıxış edən sərginin təşkilat komitəsinin sədri Ray Bloom Azərbaycanın ilk dəfə olaraq IMEX beynəlxalq turizm sərgisində iştirakını xüsusi qeyd edib.

Sərgidə Azərbaycan Konqreslər Bürosunun stendi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Stendin ziyarətçilərinə milli qonaqpərvərliyimizin nümunəsi olaraq şirniyyat məhsullarımız şərablar təqdim edilib.

Sərgi çərçivəsində Azərbaycan Konqreslər Bürosu onun üzvləri beynəlxalq tədbir təşkilatçıları ilə 50-dən çox təkbətək görüş iclaslar keçirib.

Tədbiri işıqlandıran alman media nümayəndələri Azərbaycanın turizm imkanları, Mədəniyyət Turizm Nazirliyinin bu sahədə gördüyü işlərlə yaxından maraqlanıblar.

Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən mədəniyyət turizm nazirinin müavini Nazim Səmədov IMEX biznes sərgisi çərçivəsində keçirilənSiyasətçilərin Forumu”nda iştirak edib. Nazir müavini forum iştirakçılarına ölkəmizin turizm potensialı haqqında məlumat verib.

Nazim Səmədov BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüş keçirib. Tərəflər ölkənin turizm sahəsinin inkişaf yolları, perspektivləri qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 23 may.- S. 9.