“Mən fəxr edirəm ki, azərbaycanlıyam”

 

Sabirabadda kitab bayramı

 

Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar VI kitab bayramı təşkil olunub. Bayramda 1700 nüsxə kitab və müxtəlif əl işləri nümayiş etdirilib.

Rayon rəhbərliyinin, mədəniyyət işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir ulu öndərin gözəl kəlamı olan “Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam” sözlərinin səsləndirilməsi ilə başlanıb.

Mərkəzi kitabxananın direktoru Eldar Urufov, Sabirabad rayon Adil İsgəndərov adına xalq teatrının rejissoru Seyidməmməd Əliyev və başqa çıxış edənlər tədbirin əhəmiyyətindən, ümummilli liderin mədəniyyətə diqqət və qayğısından söz açıblar.

Sonra bayram iştirakçıları kitab və əl işləri sərgiləri ilə tanış olublar.

Faşizm üzərində Qələbənin 69 illiyi” və “28 May - Respublika Günü” ilə əlaqədar sərgilər, Prezident İlham Əliyevin sərəncamları ilə qeyd olunan yubileylər - “İlyas Əfəndiyev-100” “Məhsəti Gəncəvi-900”, “Abbasqulu Ağa Bakıxanov-220” , “Mirzə Şəfi Vazeh-220” və s. başlıqlı stendlər oxucuların marağına səbəb olub. Kitab bayramı konsert proqramı ilə davam edib və atəşfəşanlıqla başa çatıb.

 

Mədəniyyət.- 2014.- 23 may.- S. 13.