“Bakı kəndlərinə səyahətim”

 

Paytaxtın Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində istedadlı qələm sahibi Təranə Cəbiyevanın “Bakı kəndlərinə səyahətim” kitabının təqdimatı keçirilib. Mərasimdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev paytaxtımız haqqında bir çox tarixi faktların əks olunduğu kitabın əhəmiyyətini diqqətə çatdırıblar.

Nəşrdə Bakının tarixi abidələri, ziyarətgahları, dini inanc yerləri, görkəmli ziyalıları haqqında materiallar, eləcə də 1918-ci il mart hadisələrindən, həmin ilin 15 sentyabrında Bakının erməni-daşnak və bolşevik işğalından azad olunmasında türk əsgərlərinin qəhrəmanlığından bəhs olunur. Kitabda keçmiş sovet dövründə adları yasaq olunan inanc yerləri, pirlər, ziyarətgahlar haqqında böyük diqqət və sevgi ilə söz açılır. Kitabın Bakının tarixinin araşdırılmasında qiymətli mənbə olacağı, nəşrin xarici dillərə tərcümə olunmasının vacibliyi vurğulanıb.

Tədbirdə Bakının Bülbülə kəndinə həsr olunmuş filmnümayiş etdirilib, Təranə Cəbiyevanın “Bizim Atəşgah” şeiri, xalq mahnıları səsləndirilib.

Sonda müəllif çıxış edərək gələcək yaradıcılıq planlarından danışıb.

 

Mədəniyyət.- 2014.- 28 may.- S. 14.