Jumeirah Bilgah Beach” hoteli yay turizm mövsümünə start verdi

 

Hotel rəhbərliyi bir sıra yeniliklər vəd edir

 

Mayın 27-də “Jumeirah Bilgah Beach Hotel”də yay turizm mövsümünün başlanması hotelin yeni baş menecerinin təqdim olunması münasibətilə mətbuat konfransı keçirildi.

 

Tədbirdə Mədəniyyət Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, «Jumeirah Group»un yüksək vəzifəli rəsmiləri, turizm ictimaiyyəti nümayəndələri iştirak edirdi.

Jumeirah Bilgah Beach”in baş meneceri Mete Atakuman 2012-ci ildə fəaliyyətə başlayan hotelin həm istirahət, həm biznes məkanı kimi tanındığını diqqətə çatdırdı: “İkiillik fəaliyyətimiz dövründə Azərbaycanda turizmin inkişafına öz töhfəmizi verməyə çalışmışıq. Beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etmişik. Göstərdiyimiz yüksək səviyyəli xidmətə görə mükafatlandırılmışıq. Əsas məqsədlərimizdən biri Azərbaycana çoxsaylı turistlərin gəlişinə nail olmaqdır».

Mete Atakuman onu da bildirdi ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı hoteldə ciddi hazırlıqlar gedir. Artıq bəzi vip qonaqlar üçün nömrələr kirayələnib. O, yay turizm mövsümü ərəfəsində qiymətlərdə heç bir dəyişiklik edilməyəcəyini, amma gələn qonaqlara bir sıra əlavə xidmətlər təklif ediləcəyini dedi: «Mövsüm ərzində qiymətlərimiz bir qədər yüksək olur. Digər günlərdə qiymətlərdə endirimlər edilir. İstəyirik ki, xidmətlərimizdən daha çox adam yararlana bilsin. Onu da deyim ki, qonaqlarımızın 80 faizi Bakıdan Azərbaycanın digər bölgələrindən gələn yerli turistlər olur».

Baş menecer Azərbaycanda fəaliyyətinin başa çatdığını, bundan sonra Çində açılacaq «Jumeirah Guangzhou» hotelində çalışacağını bildirdi. Bu mövsümdənJumeirah Bilgah Beach Hotel”ə Kristof Mussenin rəhbərlik edəcək.

Afrika Cənubi Asiyada əməliyyatlar üzrə vitse-prezident Marvan Al Ali ilk dəfə 2010-cu ildən Bakıya gəldiyini, ildə bir neçə dəvə ölkəmizə səfər etdiyini bildirdi: «Hər gəlişimdə Bakıda bir yeniliyin şahidi oluram. Bu özünü həm şəhərin infrastrukturunda, həm brend hotellərin fəaliyyətində, körpülərin, yolların salınmasında göstərir».

O, 1997-ci ildə bir hotellə fəaliyyətə başlayan «Jumeirah Group»un hazırda müxtəlif ölkələrdə 22 hotelinin olduğunu, bir neçə hotelin isə tikildiyini dedi: “İddiamız böyükdür, işimizi əsasən keyfiyyətli yüksək xidmət üzərində qururuq. Çalışırıq hotelimiz hər kəsin istirahət edə biləcəyi məkan olsun».

«Azinko Holdinq» şirkətinin baş direktoru Akif Həsənov «Jumeirah Group»un Bakıda daha bir hotelinin tikilməsi üçün müzakirələr getdiyini diqqətə çatdırdı.

«Jumeirah Group»un korporativ əlaqələr ictimai işlər üzrə vitse-prezidenti Pirs Şrayber Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri arasında işgüzar münasibətlərin inkişaf etdiyini, turizm sahəsində əməkdaşlığa daha çox diqqət yetirildiyini vurğuladı. Onun sözlərinə görə, bu ilin ilk 4 ayında «Jumeirah»ın Azərbaycanda olan biznesi 26 faiz, Dubayda yerləşən 8 hoteldə isə 32 faiz artıb.

Mədəniyyət Turizm Nazirliyi Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov Azərbaycanda turizm sahəsinin inkişafının dövlətin prioritet istiqamətlərindən bir olduğunu diqqətə çatdırdı. Sektor müdiri bildirdi ki, ötən il Azərbaycana 2 milyon 508 min nəfər xarici ölkə vətəndaşı gəlib ki, onların da 2 milyon 200 mini turizm məqsədilə səfər edib: «10 il əvvəl ölkədə 50-60 turizm şirkəti, 97 hotel vardı. Hazırda 246 turizm şirkəti, 506 hotel fəaliyyət göstərir. Turizm sektorunda çalışanların sayı 10 min nəfərdən artıqdır. Azərbaycanın böyük turizm potensialı var. Xəzər dənizi sahilinin Azərbaycana aid hissəsinin 60-70 faizi turizm üçün əlverişlidir. Xəzər sahilində «Jumeirah Bilgah Beach Hotel» kimi istirahət mərkəzlərinin fəaliyyəti bu imkandan düzgün istifadə edildiyini göstərir».

Mahir Qəhrəmanov hotelin baş meneceri Mete Atakumanın Mədəniyyət Turizm Nazirliyi ilə yaxından əməkdaşlıq etdiyini, bu əməkdaşlığı yeni baş menecer Kristof Mussenin davam etdirəcəyinə ümid etdiyini dedi.

Qeyd edək ki, Kristof Mussenin lüks hotel sənayesində 20 illik təcrübəsi var. O, Avropa, Yaxın Şərq, Qərbi Afrika, Mərkəzi Amerika Asiyada yerləşən hotellərdə çalışıb.

Tədbirdən sonra hoteldə yay turizm mövsümünün başlanması münasibətilə qonaqlara ziyafət verildi.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 28 may.- S. 9.