Turizm mövzusunda filmlərimiz beynəlxalq festivalda mükafat qazanıb

 

Polşanın paytaxtı Varşavada IX "FilmAT Film, Art & Tourism" festivalı keçirilib. Mədəniyyət Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Turizm şöbəsinin sektor müdiri Vüqar Şıxəmmədov "Azanfilm" studiyasının direktoru Fariz Əhmədovdan ibarət Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi festivalda üç filmimiz mükafat qazanıb.

"Welcome to Azerbaijan" filmi ölkələri təmsil edən çarxlar kateqoriyasında II mükafata, "Naftalan" filmi ən yaxşı reklam çarxı nominasiyasında I mükafata, "Azərbaycan - Odlar Yurdu" filmi isə təbiət mənzərələrini tərənnüm edən ən yaxşı film kateqoriyasında I mükafata layiq görülüb.

Bundan əlavə, Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru, "FilmAT Film, Art & Tourizm" festivalının münsiflər heyətinin üzvü Fariz Əhmədov xüsusi diplomla təltif olunub.

 

Mədəniyyət.- 2014.- 28 may.- S. 9.