“Qış yuxusu” “Qızıl palma
budağı” qazandı
Türkiyə rejissoru Nuri Bilgə Ceylanın “Qış yuxusu” filmi 67-ci Kann festivalının baş mükafatına - “Qızıl palma budağı”na layiq görülüb. Mayın 24-də yekun vurulan festivalda İtaliya rejissoru Alisa Rorvakerin “Möcüzə” filmi ikinci yeri - Qran-pri mükafatını (“Gümüş palma budağı”) qazanıb.
Münsiflər ən yaxşı qadın roluna görə mükafata Devid Kronenberqin “Ulduzlu xəritə” filmində çəkilmiş Amerika aktrisası Culiana Muru layiq görüb. Ən yaxşı kişi roluna görə isə Britaniya rejissoru Mayk Linin “Uilyam Terner” filmində rəssam rolunda çəkilmiş Timoti Spoll təltif olunub.
Ən yaxşı rejissor işi mükafatı “Tülkü ovçusu” filminə görə Amerika rejissoru Bennet Millerə verilib, Rusiya rejissoru Andrey Zvyaqintsevin “Leviafan” filmi ən yaxşı ssenari nominasiyasının qalibi olub.
Festivalın ən yaxşı
qısametrajlı filmi Kolumbiya
rejissoru Simon Mes Sotonun “Leidi”
filmi seçilib.
Xatırladaq ki, builki Kann festivalında ilk dəfə
Azərbaycan da qısametrajlı film müsabiqəsində təmsil olunub. Dövlət sifarişi
ilə "Azərbaycanfilm" kinostudiyası və "Buta films" şirkətinin
birgə çəkdiyi "Sonuncu" bədii
filmi mayın 23-də iki
dəfə nümayiş olunub
və maraqla qarşılanıb.
Mədəniyyət.- 2014.- 28 may.-
S. 6.