Azərbaycan
kitabının növbəti uğuru
20-21 may tarixində Belarusun paytaxtı Minskdə MDB ölkələrinin XI beynəlxalq "Kitab sənəti" müsabiqəsi keçirilib. Müsabiqənin münsiflər heyətində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri, Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu təmsil edib.
Hər il olduğu kimi, bu il də Azərbaycan kitabı müsabiqədə uğur qazanıb. Müsabiqənin doqquz nominasiyasından üçündə kitablarımız I yerə (Nigar Rəfibəyli - "Məhəbbətim bölünmədi", Rəna Əfəndizadə - "Rəhim Seyfullayev - memar", Tahir Salahov - "Qrafika" və "Rəngkarlıq" ikicildliyi), iki kitabımız II yerə (A.N.Karlyukeviç - "Dələ inşa yazır", Neymət Kelimbetov - "Ümidimi itirmək istəmədim"), bir kitab isə üçüncü yerə (A.Quliyev, Q.Cəbiyev, F.Xəlilli - "Muradxan xəzinəsi") layiq görülüb.
Xalq
yazıçısı Elçinin "Nədir
ömrün mənası" kitabı
"Qran-pri" nominasiyasında, Xalq rəssamı Salxab Məmmədovun
"Albom"u isə
"Mənim ölkəm" nominasiyasında xüsusi
mükafatla təltif olunub.
Mədəniyyət.- 2014.- 28 may.-
S. 2.