Cəlal Abbasovun yaradıcılığına həsr olunmuş konsert

 

Mayın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar incəsənət xadimi Cəlal Abbasovun yaradıcılığına həsr olunmuş müəllif konserti keçirildi.

İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə konsertdən öncə çıxış edərək Cəlal Abbasovun yaradıcılığından söz açdı. Bildirdi ki, Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının dosenti olan bəstəkar geniş dinləyici rəğbəti qazanmış müxtəlif janrlarda əsərlərin, eləcə də elmi-nəzəri tədqiqatların və məqalələrin müəllifidir. Əsərləri ABŞ, Almaniya, Avstriya, İndoneziya, Cənubi Koreya, Rusiya, Fransabaşqa ölkələrdə müvəffəqiyyətlə səslənib. Bu sıraya dörd simfoniya, orqan üçünQara Qarayevin xatirəsinə postlüdiya” (1983, postlüdiya janrının Azərbaycanda ilk nümunəsi), beş kantata (o cümlədən “Bahar mərasimi” və Novruz mövzusunda ilk əsər), “Şən baharuşaq operası və s. daxildir.

İttifaqın katibi, musiqişünas, Əməkdar incəsənət xadimi Zemfira Qafarovanın bəstəkar Cəlal Abbasovun yaradıcılığı haqqında məruzəsi dinlənildi. Məruzədə vurğulandı ki, müəllif 1990-cı ildə III simfoniya və “Bahar mərasimi” kantatasına görə Azərbaycan Gənclər İttifaqının mükafatına, 1998-ci ildə isə IV simfoniyasına görə BMT-nin mükafatına layiq görülüb.

Sonra konsert proqramı təqdim olundu. Proqramda bəstəkarın “Sonata”, “Paradiqma-2”, “Variasiyalar”, “Ay işığında s. əsərləri səsləndirildi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 30 may.- S. 13.