“Ucalan
bayraqlı Azərbaycanım!”
Mayın 27-də Qazax rayon Mədəniyyət mərkəzinin akt zalında Respublika Günü münasibətilə “Ucalan bayraqlı Azərbaycanım!” adlı dəyirmi
masa keçirildi. Rayon Mərkəzi
kitabxanası ilə birgə təşkil edilən tədbiri MKS-nin direktoru Solmaz Babanlı açaraq
müsəlman Şərqində ilk
dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq
Cümhuriyyətinin tariximizdəki yerindən
danışdı. Bildirdi ki,
cəmi 23 ay mövcud
olmasına baxmayaraq, Xalq
Cümhuriyyəti təhsilin, mədəniyyətin, ədəbiyyat
və incəsənətin inkişafı sahəsində fəaliyyəti
ilə yadda qalıb. Azərbaycan hökumətinin
həyata keçirdiyi tədbirlərdən
biri tədris müəssisələrinin
milliləşdirilməsi olub. Həmçinin
kitabxana və muzey işinin təşkili sahəsində mühüm addımlar atılıb. 1920-ci ilin
apreli üçün
Azərbaycanda 95 min nüsxə
kitab fondu olan 11 kitabxana vardı. 1919-cu ildə Azərbaycanda ilk muzey - İstiqlal Muzeyi təşkil olunmuşdu.
Tədbirdə MKS-nin direktor müavini
Münəvvər Süleymanlı
“Şərqdə ilk Demokratik
Respublika” adlı məruzə ilə çıxış edib.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev çıxışında
vurğulayıb ki,
biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin
fəaliyyətini dərindən
öyrənməli, ideyalarını
təbliğ etməli,
təcrübəsindən bəhrələnməliyik.
Çıxışlardan sonra şagirdlərin ifasında Azərbaycana həsr olunmuş şeirlər, mahnılar və sazda el havaları səsləndirilib. Sonda
“Ucalan bayraqlı Azərbaycanım!”
adlı sərgiyə baxış keçirilib.
Mədəniyyət.- 2014.- 30 may.-
S. 10.