Turizm İnstitutunda «28 kadr» fotosərgisi

 

Mayın 27-də Azərbaycan Turizm İnstitutunda Respublika Günü ilə bağlı «28 kadr» adlı fotosərgi keçirilib.

Sərginin açılışında çıxış edən institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov 96 il əvvəl - 1918-ci il mayın 28-də müsəlman şərqində ilk Demokratik Respublikanın yaranmasını xalqımızın şərəf tarixi, böyük dövlətçilik ənənələrinə sədaqətin sübutu kimi dəyərləndirib.

Sonra tədbir iştirakçıları ATİ Tələbə Gənclər Təşkilatı üzvlərinin təşəbbüsü ilə təşkil olunmuş «28 kadr» adlı fotosərgiyə tamaşa ediblər. Tədbir tələbə - fotoqraflara sertifikatların və xatirə hədiyyələrinin təqdimatı ilə başa çatıb.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 30 may.- S. 8.