Mədəni irsin öyrənilməsində gənclərin rolu

 

Beynəlxalq simpoziumda 20-dən çox ölkədən gənc mütəxəssislər iştirak edirlər

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə ölkəmizdə IV beynəlxalq YOCOCU (“Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Şəbəkəsi”) simpoziumu keçirilir. Tədbirdə 20-dən çox ölkədən mədəni irsin tədqiqi və qorunması sahəsində ixtisaslaşan 100-dək gənc mütəxəssis iştirak edir.

 

Simpoziumun açılışı mayın 28-də Ağsu rayonunda - Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində gerçəkləşdi. Burada iştirakçılar yeni bərpa edilmiş qədim şəhərin buzxana anbarı ilə tanış oldular.

Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev Orta əsr Ağsu şəhəri haqqında qonaqlara geniş məlumat verdi. Qeyd olundu ki, Ağsu şəhərinin əsası 1735-ci ildə Nadir şah tərəfindən qoyulub. Qədim şəhər yerinin yeddi müxtəlif ərazisində son üç ildə aparılan arxeoloji tədqiqatlar nəticəsində çoxsaylı nadir tarixi nümunələr aşkar olunub: “Bu illər ərzində şəhərin qala divarları, sənətkarlar məhəlləsi, Cümə məscidi kompleksi, su təsərrüfatı və kanalizasiya şəbəkəsi, yollarmeydanlar aşkar edilərək tədqiq olunub. Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində arxeoloji tədqiqatlarla yanaşı, konservasiya işləri də aparılıb. Şəhərin buzxana anbarında ərzaq məhsulları saxlanılırmış. Bu anbar yer səthindən təxminən 7 metr dərinlikdə yerləşir”.

Ekspedisiya rəhbəri kompleksin ərazisində arxeoloji tədqiqatlar zamanı qədim qızıl sikkələrdən ibarət dəfinənin aşkarlandığını diqqətə çatdırdı.

“MİRAS” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli qonaqları komplekslə tanış etdi. Qədim şəhər mədəniyyəti, sənətkarlığı, memarlıq abidələri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, buradakı məscid kompleksi və digər tarixi abidələr çar Rusiyasının işğalı zamanı dağıdılıb.

Daha sonra simpozium öz işini Şamaxı rayonunda - “Şamaxı Palace Platinum by Rixos Hotel”in konfrans zalında davam etdirdi. Tədbirdə Mədəniyyət Turizm Nazirliyinin, İtaliya Konservasiya Alimləri Assosiasiyasının, AMEA-nın Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirdilər.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev son illər rayonda həyata keçirilən tikinti-quruculuq işləri sosial layihələr haqqında, eləcə tarixi yerlərin bərpası, turizmin inkişafı sahəsində əldə olunan uğurlardan danışdı.

Daha sonra çıxış edən Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə tədbir iştirakçılarına Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayevin təbrik salamlarını çatdırdı, Azərbaycan hökumətinin gənclər siyasətinin əsas məqamları barədə məlumat verdi. Nəzərə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmişDaşınmaz tarix mədəniyyət abidələrinin bərpası, qorunması, tarix mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nda gənclərin mədəni irsin qorunması tədqiqi sahəsində rolunun artırılması istiqamətində bir sıra müddəalar öz əksini tapıb. Vurğulandı ki, Azərbaycan Respublikasının Memarlar İttifaqı tərəfindən yeni nəşr edilənAzərbaycanın memarlıq tarixibeşcildliyi gənclərimizin zəngin tariximizi mədəni irsimizi öyrənmələri üçün əvəzsiz vəsaitdir.

İtaliya Konservasiya Alimləri Assosiasiyasının əməkdaşı, professor Erenetse Borelle tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, bu cür simpoziumlar avropalı gənc mütəxəssislərin qarşılıqlı fəaliyyətini gücləndirməyə yardımçı olacaq. Eyni zamanda bu, təcrübə mübadiləsi üçün yaxşı zəmin yaradır.

Mədəniyyət Turizm NazirliyiAzərbərpaElmi-Tədqiqat İnstitutunun direktoru Telman Kərimli ölkəmizdə abidələrin bərpası, yenidən qurulması istiqamətində görülən işlərdən danışdı.

Sonra tədbir plenar iclaslarla davam etdirildi. Parçalar üzvü materiallar”, “Piqmentlər rəsm əsərlərimövzularında məruzələr dinlənildi.

Mayın 29-da isə simpoziumdaMədəni təcrübələr”, “Metal, şüşə keramikamövzularında müzakirələr, mədəni irsin tədqiqi qorunması üzrə müxtəlif problemlərə həsr olunmuş təqdimatlar keçirildi.

Beynəlxalq simpoziuma mayın 30-da yekun vurulacaq. İştirakçılar üçün Lahıc Basqal tarix-mədəniyyət qoruqlarına infotur da nəzərdə tutulub.

Qeyd edək ki, “Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Şəbəkəsi” (YOCOCU) 2008-ci ildə təsis edilib. YOCOCU mədəni irsin inkişafının təmin edilməsi üzrə müxtəlif sahələrdə çalışan tələbə, magistr, doktorant gənc tədqiqatçılar üçün geniş imkanların yaradılmasına, onların beynəlxalq əlaqələrinin genişləndirilməsinə mədəni irsin mühafizəsində gənclərin rolunun daha da artırılmasına xidmət edən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Şəbəkənin əvvəlki simpoziumları Roma, Palermo (İtaliya) Antverpen (Belçika) şəhərlərində keçirilib. 2012-ci ildə Antverpen şəhərində keçirilən III simpoziuma qatılan Azərbaycan nümayəndə heyəti növbəti tədbirin ölkəmizdə keçirilməsi təşəbbüsü ilə çıxış edib.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 30 may.- S. 8.