Azərbaycanlı
rəqqas ABŞ-da beynəlxalq mükafata layiq görülüb
Nyu-York şəhərində
“The Big Apple Music Awards-2014” beynəlxalq mükafatının təqdimat
mərasimi keçirilib. Azərbaycanın Əməkdar artisti, Mədəniyyət və
İncəsənət Universitetinin
müəllimi, tanınmış
rəqqas Tahir Eynullayev “Ən yaxşı kişi rəqqası” nominasiyasının
qalibi elan olunub.
Bu barədə məlumat
verən Tahir Eynullayev bildirib ki, beynəlxalq layihəyə ABŞ, Tacikistan,
Türkmənistan, Birləşmiş
Ərəb Əmirlikləri,
Braziliya və digər ölkələrdən
tanınmış musiqiçilər
qatılıblar. Mötəbər sənət yarışmasının
keçirilməsinin başlıca
məqsədi yeni və müasir üslubda musiqi yaradıcılığına dəstək
verməkdir.
Tahir Eynullayev
bayrağımızla səhnəyə
çıxaraq “Atəşgah”
rəqsini tamaşaçılara
təqdim edib. İstedadlı rəqqasın təqdim etdiyi kompozisiya tamaşaçılar tərəfindən
böyük rəğbətlə
qarşılanıb. Azərbaycan təmsilçisi
təşkilat komitəsinin
xüsusi dəvəti
ilə layihədə
iştirak edib. Təqdimat mərasimini dünyanın
70-dən çox ölkəsinin
milyonlarla tamaşaçısı
izləyib.
Tanınmış rəqqas bundan əvvəl Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş
beynəlxalq müsabiqələrdə
də ölkəmizi layiqincə təmsil edib və mükafatlara
layiq görülüb.
Mədəniyyət.- 2014.- 30 may.- S. 8.