Yeniliklər
axtarışında olan məktəb
Paytaxtın
Suraxanı rayonundakı 3 saylı uşaq
incəsənət məktəbinin kollektivi
Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi tərəfindən
keçirilən mədəni-kütləvi tədbirlərdə
müntəzəm və fəal iştirak
edir.
Tədris ocağı daima innovasiya, yenilik axtarışında olması ilə də seçilir. May ayı məktəbin kollektivi üçün rəngarəng tədbirlərlə yadda qalıb.
Ayın əvvəlində məktəbin şagirdləri ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təşkil edilən tədbirlərdə maraqlı konsert proqramları ilə çıxış etdilər.
Mayın 13-də məktəbdə şair Tacəddin Şahdağlının ədəbi yaradıcılığı ilə bağlı tədbir keçirildi. Şagirdlər şairin sözlərinə bəstələnmiş mahnıları ifa etdilər. Qəbələdə yaşayan şairlə yaradılan video bağlantı da maraqla qarşılandı. Şair və ailəsi tədbirin keçirilməsinə görə məktəbin rəhbərliyinə minnətdarlığını bildirdi. Sonra pianoçu Gültəkin Məmmədovanın və məktəbin xalq çalğı alətləri ansamblının iştirakı ilə Tacəddin Şahdağlının yaradıcılığına həsr edilmiş konsert proqramı təqdim olundu.
Ayın 17-də məktəbdə tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun birpərdəli “Sərçəcik” operası tamaşaya qoyuldu. Bəstəkar çıxış edərək şagirdlərin ifasını yüksək dəyərləndirdi və qeyd etdi ki, bu opera neçə illər öncə yazılsa da, ilk dəfə bu təhsil ocağında tamaşaya qoyulur. Tanınmış pedaqoq Zemfira İsmayılova, 4 saylı uşaq incəsənət məktəbinin direktoru Səadət Eminova da tamaşa ilə bağlı xoş sözlər söylədilər.
Respublika Günü ilə əlaqədar mayın 21-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda məktəbin şagirdlərinin əl işlərindən və rəsm əsərlərindən ibarət “Azərbaycan, doğma yurdum” adlı sərgi də maraqla qarşılandı. Təhsil ocağının direktoru Dəyanət Quliyev sərgi haqqında məlumat verdi. Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, baş məsləhətçi Mehdi Təhməzov, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid Babai, direktor müavini Fuad Nuriyev sərginin əhəmiyyətindən danışdılar.
Sərgidə şagirdlərin qrafika, akvarel, yağlı boya və kompyuter qrafikası ilə çəkdiyi 80 əsər nümayiş olundu. Məktəbin “Şənlik” rəqs kollektivinin rəngarəng rəqsləri tədbir iştirakçılarına xoş ovqat bəxş etdi.
Təranə Cəbiyeva
Mədəniyyət.- 2014.- 30 may.-
S. 6.