Xalq Cümhuriyyətinin tarixi

 

Mayın 27-də Şirvan şəhər Mərkəzi kitabxanasında Respublika Günü münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən kitabxananın direktoru İltifat Nəbiyev və kitabxananın xidmət şöbəsinin müdiri Alma Cəfərova Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, dövlətçilik salnaməmizdə yerindən, əldə etdiyi nailiyyətlərdən danışdılar.

Dilbər Abdullayeva, Vəzufə Xudiyeva, Nəzakət Allahverdiyeva və digər çıxış edənlər Cümhuriyyətin baniləri - Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və başqalarının həyat və fəaliyyətləri haqqında məlumat verdilər.

Qeyd edildi ki, 70 il sonra - 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun illər öncə əsası qoyulmuş milli dövlətçilik ənənələrini davam etdirir.

“28 May Respublika Günüdür” başlıqlı sərgi tədbir iştirakçılarının marağına səbəb oldu.

 

Ceyhunə Bağırova,

multimedia resursları üzrə mütəxəssis

 

Mədəniyyət.- 2014.- 30 may.- S. 5.

.