“Zamanın izləri”
Mayın 27-də
Bakı Rəsm Qalereyasında gənc rəssam Tünzalə
Məmmədzadənin “Zamanın izləri” adlı fərdi
yaradıcılıq sərgisi açılıb.
28 May - Respublika Gününə həsr edilmiş sərginin açılış mərasimində qalereyanın direktoru Eldəniz Babayev, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kafedra müdiri Nazim Yunusov çıxış edərək rəssamın yaradıcılığını yüksək qiymətləndiriblər. İpək üzərində akril boya ilə rəsmlər yaradan rəssam əsərlərində tətbiqi və təsviri sənətin bədii-texniki xüsusiyyətlərini birləşdirərək tamamilə yeni üslubda, orijinal işlər ərsəyə gətirir.
Sərgidə rəssamın abstrakt və kalliqrafik üslubda hazırlanmış 30 əsəri nümayiş olunur.
Gənc rəssam sərginin təşkilində
əməyi olanlara minnətdarlığını
bildirib. 1983-cü ildə Şəkidə
anadan olan Tünzalə
Məmmədzadə 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının (ADRA) memarlıq və dizayn
fakültəsini bitirib. Qərb Universitetinin dizayn
fakültəsində magistr dərəcəsi
alıb. Hazırda ADRA-da doktorantura
üzrə təhsil alır.
Mədəniyyət.- 2014.- 30 may.-
S. 4.