“Bakı
tanınmaz dərəcədə dəyişib”
Patrisiya Kaas nə vaxtsa paytaxtımızda klip çəkdirməyi istisna etmir
Mayın 29-da Heydər
Əliyev Sarayında dünya şöhrətli
fransalı müğənni Patrisiya
Kaasın konserti keçirilib.
"Baku
Events"in təşkilatçılığı
keçirilən konsert müğənninin unudulmaz estrada
ulduzu və aktrisa Edit Piafın xatirəsinə həsr etdiyi
"Kaas Chante Piaf" ("Kaas Oxuyur Piaf") dünya turuna
daxildir.
Konsertdən öncə jurnalistlərlə görüşən məşhur müğənni şəhərlə bağlı təəssüratını bölüşüb, sənət planlarından danışıb.
Yeddi il əvvəl Bakıda olduğunu deyən müğənni bu müddət ərzində şəhərin tanınmaz dərəcədə dəyişdiyini, çox gözəl və inkişaf etmiş meqapolisə çevrildiyini qeyd edib: "Mən Bakıda əfsanəvi fransız müğənni Edit Piafın 50 illiyinə həsr edilmiş konsert proqramı ilə çıxış etməkdən şadam. Mən həyatı faciəvi anlarla dolu olan Edit Piafın kompozisiyalarını ifa edəcəyəm".
Jurnalistlərin "Bakıda klip çəkdirməyi planlaşdırırsınızmı?" sualına P.Kaas gülərək cavab verib: "Heç vaxt heç vaxt demə".
Əfsanəvi müğənni təqdim edəcəyi
möhtəşəm şouda Edit Piafın 24 kompozisiyasını ifa edəcək. Bakıdakı konsert Patrisiya Kaasın
yaradıcılıq bioqrafiyasında ilk Qafqaz turnesidir. Turne mayın 31-də Tbilisidə yekunlaşacaq. Bu,
müğənninin 2012-ci ildə başlayan
və dünyada təqribən 750 min tamaşaçı toplamış "Kaas Chante Piaf"
dünya turnesinin sonuncu turu olacaq.
Mədəniyyət.- 2014.- 30 may.-
S. 2.