Azərbaycanın turizm imkanları
London sərgisində
Noyabrın 3-də Londonda “Dünya səyahət
bazarı-2014” (“WTM-2014") ənənəvi
beynəlxalq turizm sərgisi açılıb. Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə ölkəmizin
turizm imkanları da London sərgisində nümayiş olunur.
Azərbaycan nümayəndə heyətinin
tərkibinə Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva, Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi
Bəxtiyar Qılıncov,
Regionlarda turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi
Aysel Əliməmmədova
və Azərbaycan Turizm Assosiasiyasının
icraçı direktoru
Aytən Əliyeva daxildir. Sərgidə həmçinin 14 yerli turizm şirkəti (“Geo
travel", "SW travel", "ENC tours", "The
tour", "Turizm.az", "AL travel", "İmprotex travel", "ATA travel",
"STİ travel", "Regea
travel", "Proxy travel", "Gilan
tourism", "Büllur travel",
"Millennium Tourism and Congress"), 2 mehmanxana
("Pik Palace", "Jumeirah
Bilgah Beach") və
"Azərbaycan Hava Yolları" (AZAL) təmsil
olunur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın
məlumatına görə,
sərgi mərkəzində
icarəyə götürülmüş
105 kvadratmetrlik sahədə
Azərbaycan stendi quraşdırılıb, ziyarətçilərə
ölkəmizin mədəniyyəti
və turizm imkanları haqqında ətraflı məlumat verilir. Stend ziyarətçi və iştirakçılara
paylanması üçün
ingilis dilində müxtəlif növ reklam-çap məhsulları
ilə təmin edilib. Azərbaycan guşəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa
Oyunları ilə bağlı xüsusi məlumat lövhəsi də qurulub, qonaqlara tədbirə hazırlıqla bağlı
informasiya təqdim edilir.
Sərginin açılış günü
Azərbaycanın Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı
səfiri Tahir Tağızadə stendimizə
baş çəkib,
turizm təmsilçilərimizlə
söhbət edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, üzdəniraq
qonşularımız işğalçı
xislətlərinə sadiq
qalaraq London sərgisində
də Azərbaycanın
Dağlıq Qarabağ
bölgəsinin turizm
imkanları ilə bağlı ayrıca guşə yaratmağa cəhd etsələr də, buna nail ola bilməyiblər.
Yalnız Ermənistan stendində
"Karabakh" adlı
bir şirkətin lövhəsi qoyulub.
Tahir Tağızadə bu məsələyə toxunaraq
Mədəniyyət və
Turizm Nazirliyinin və Londondakı səfirliyin müvafiq addımlar atdığını
deyib. Səfir bu məsələnin
sərginin sonunadək
xüsusi diqqətdə
saxlanılacağını bildirib.
Xatırladaq ki, 2002-ci ildən başlayaraq Mədəniyyət
və Turizm Nazirliyi və turizm şirkətlərimiz
artıq 12-ci dəfə
London sərgisində iştirak
edir. Ötən il tədbirdə ümumilikdə 192 ölkə
təmsil olunub. Sərgi noyabrın 6-dək davam edəcək.
Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 9.