Teatr cəmiyyətə birbaşa təsir edən sənət növüdür

 

Beynəlxalq Teatr Festivalı çərçivəsində ilk treninqlər keçirildi

 

Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında III Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində müasir teatrşünaslıq, rejissoraktyor sənəti mövzularında iki treninq-seminar keçirildi. Birinci treninqi sənətşünaslıq doktoru, Ukrayna Milli İncəsənət Akademiyasının üzvü Nelli Korniyenko aparırdı.

 

Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov qonağı təqdim edərək bildirdi ki, Nelli Korniyenko uzun müddətdir Azərbaycanla əməkdaşlıq edir. Bir müddət əvvəl sənətşünasın teatr haqqında kitabı azərbaycanlı oxuculara təqdim edilib.

Teatr postqeyri - klassikamultikulturalizm şəraitində” mövzusunda məruzə ilə çıxış edən Nelli Korniyenko bildirdi ki, müasir dövrdə teatrşünaslıq təkcə teatr aləmindən bəhs edən elm kimi qəbul edilməməlidir. Bugünkü qloballaşma zamanında teatr cəmiyyətə birbaşa təsir edən sənət növü kimi təqdim edilməlidir. Teatr aktiv canlı subyekt olmalıdır. O, özünüidarə və özünüinkişaf mənbəyidir. Hazırkı zamanda müəyyən məqamlarda mədəniyyət iqtisadiyyatdan da ön sıralarda dura bilir. Əgər belədirsə, o zaman teatrşünaslıq təkcə teatrı deyil, bütün bədii sənət növlərini öyrənməlidir. Teatrın multimədəni məkanda mövcudluğu məsələsi müasir teatrın postqeyri-klassik məkanda var olma problemlərindən yalnız biridir. Bu gün multikulturalizm problemləri ən azı üç amilin nəticəsi kimi özünü büruzə verir: müasir inkişaf etmiş cəmiyyətlər, informasiya sivilizasiyasının qanunları, yeni miqrasiya xətləri və siyasəti.

Məruzəçi qeyd etdi ki, müasir teatrın əsas milli dəyərlərdən danışan və milli dünya şəkillərində bütün aləmə daha açıq, aktual dilə ehtiyacı var: “Postqeyri-klassik zaman-məkanın teatr dili aktiv şəkildə dilə inamsızlıq nümayiş etdirərək onu əhəmiyyətli şəkildə dəyişdirərək vizual dil kodlarını gücləndirir. Digər bir mövzu isə teatrın nanotexnologiyalardan istifadəsidir ki, bu gün teatrlar bundan kiçikestetik şəkildə istifadə edirlər. Bu istifadələr isə inqilab şəklində baş verir. Postqeyri-klassikmultikulturalizm şəraitində teatrın strateji xətlərindən biri psixologizm səviyyəsinin endirilməsi və bütün spektr üzrə psixoloji teatr proqramlarının məhdudlaşdırılmasıdır”.

Alimin fikrincə, bu gün AvropaAmerika teatrlarında bu addımın atıldığının şahidi oluruq. Eyni zamanda müasir teatrda Qərblə Şərqin dialoqunu açıb göstərmək, bədii və estetik modellərinin hazırkı prinsipial yeni xarakterini müəyyən etmək lazımdır. Son illərin axtarışları, təcrübələri və müşahidələri göstərir ki, teatrın kəşfləri təkamül sıçrayışının mümkünlüyünü proqnozlaşdırmağa imkan verir.

Sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı, müasir teatrşünaslıq haqqında mülahizələr dinlənildi.

 

Yeni üslubda hazırlanan tamaşalara maraq böyükdür

 

Günün ikinci yarısında Böyük Britaniyanın “Tumult in the Clouds” teatrının bədii rəhbəri, ssenarist və bəstəkar Patrik Kanninin teatr sahəsində çalışan rejissoraktyorlarla görüşü keçirildi. O, ölkəmizə ilk dəfə gəldiyini və Azərbaycan teatrı haqqında məlumatsız olduğunu deyərək treninqin sual-cavab şəklində keçməsini təklif etdi. İştirakçıların aktivliyi ilə keçən görüşdə britaniyalı qonaq ölkəsinin teatr ənənələri haqqında məlumat verdi, Azərbaycan teatrında baş verən proseslərlə maraqlandı. Yerli mütəxəssislər Azərbaycan teatrının inkişafı və ümumi mənzərəsi haqqında qonağı məlumatlandırdılar.

İngiltərədə müxtəlif şəkildə teatr tamaşalarının hazırlandığını bildirən P.Kannin bu prosesin Azərbaycan da inkişaf etməsini arzuladığını bildirdi. Yeni üslubda hazırlanan (teatr binası olmayan məkanlar, küçə və s.) tamaşalara gənc nəslin böyük maraq göstərdiyini deyən rejissor teatrın gələcək inkişafı üçün bütün variantlardan istifadənin vacibliyini vurğuladı.

Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov qonağa bütövlükdə Azərbaycan tamaşaçısının maraqları və teatr aləmi haqqında məlumat verərək Avropa teatrı ilə bağlı suallarını ünvanlandı. Tədbir maraqlı müzakirələr və fikir mübadilələri ilə davam etdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 4.